Həzi Aslanov küçəsi 101

Tarixi abidə binasının bərpa və gücləndirmə layihəsi

2025-ci ilin əvvəlində BİMD şirkəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 101 ünvanında yerləşən abidə binasının yaşayış funksiyasına uyğun şəkildə bərpa və konstruktiv gücləndirmə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.

Layihə çərçivəsində binanın tarixi-memarlıq xüsusiyyətlərinin qorunması, konstruktiv dayanıqlığının artırılması və yaşayış üçün təhlükəsiz və komfortlu mühitin formalaşdırılması nəzərdə tutulur.

Hazırlanan memarlıq və mühəndislik həlləri abidənin tarixi dəyərini qorumaqla yanaşı, onun müasir yaşayış tələblərinə uyğun şəkildə yenidən istifadəyə qaytarılmasına xidmət edəcəkdir.

Həzi Aslanov küçəsi 101