Zallar kəndi

Zallar kəndi

Zallar kəndi, Kəlbəcər rayonu ərazisi üzrə hazırladığımız şəhərsalma əsaslandırılması layihəsi müasir, funksional və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına yönəlib. 198 hektar sahəni əhatə edən layihədə ərazinin səmərəli planlaşdırılması, nəqliyyat əlaqələrinin təşkili, mühəndis infrastrukturunun qurulması və ictimai məkanların yaradılması əsas prioritetlər kimi müəyyən edilmişdir.

Layihəyə əsasən kənddə 486 fərdi yaşayış evi və 11 ictimai təyinatlı obyekt nəzərdə tutulmuşdur. Təhsil, səhiyyə, ticarət, idman və sosial xidmət sahələri vahid planlaşdırma konsepsiyası çərçivəsində yerləşdirilmişdir.

Müasir şəhərsalma yanaşmaları və “ağıllı kənd” prinsipləri əsasında hazırlanmış layihə Zallar kəndinin uzunmüddətli inkişafını və yüksək yaşayış keyfiyyətini təmin etməyə hesablanmışdır.

Zallar kəndi