YANŞAQ KƏNDİ
Yanşaq kəndi
Yanşaq kəndi Kəlbəcər rayonunun inzibati ərazisinə aid yaşayış məntəqələrindən biridir. Kənd üzrə hazırladığımız şəhərsalma əsaslandırılması layihəsi ərazinin müasir yaşayış məntəqəsi kimi formalaşdırılması, funksional planlaşdırma həllərinin tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin təmin edilməsinə yönəlib.
168 hektar sahəni əhatə edən layihəyə əsasən kənddə 429 fərdi yaşayış evi və 17 ictimai xidmət obyekti nəzərdə tutulmuşdur. Yaşayış zonaları, küçə-yol şəbəkəsi, mühəndis-kommunikasiya infrastrukturu, yaşıllıq sahələri və ictimai məkanlar vahid planlaşdırma yanaşması əsasında təşkil edilmişdir.
Layihədə təhsil, səhiyyə, ticarət, inzibati və sosial xidmət sahələrinin əlçatan yerləşdirilməsi əsas prioritetlərdən biri olmuşdur. Hazırlanmış layihə Yanşaq kəndinin rahat, təhlükəsiz və perspektivli yaşayış mühitinə çevrilməsini hədəfləyir.