Pirəhmədli kəndi

Pirəhmədli kəndi

Pirəhmədli kəndi, Füzuli rayonu ərazisi üzrə hazırladığımız şəhərsalma əsaslandırılması layihəsi müasir, funksional və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına yönəlib. 178 hektar sahəni əhatə edən layihədə ərazinin səmərəli planlaşdırılması, nəqliyyat əlaqələrinin təşkili, mühəndis infrastrukturunun qurulması və ictimai məkanların yaradılması əsas prioritetlər kimi müəyyən edilmişdir.

Layihəyə əsasən kənddə 624 fərdi yaşayış evi və 10 ictimai təyinatlı obyekt nəzərdə tutulmuşdur. Təhsil, səhiyyə, ticarət, idman, inzibati və sosial xidmət sahələri vahid planlaşdırma konsepsiyası çərçivəsində yerləşdirilmişdir.

Müasir şəhərsalma yanaşmaları və dayanıqlı inkişaf prinsipləri əsasında hazırlanmış layihə Pirəhmədli kəndinin uzunmüddətli inkişafını və yüksək yaşayış keyfiyyətini təmin etməyə hesablanmışdır.

Pirəhmədli kəndi