ƏNƏNƏVİ İNCƏSƏNƏT MƏRKƏZİ
Şuşa şəhərində memarlıq abidəsinin bərpa olunaraq yeni funksiyaya uyğunlaşdırılması
II Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Şuşa şəhərinin işğaldan azad olunmasından sonra şəhərdə yerləşən tarixi abidə və memarlıq nümunələrinin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilməkdədir. Bu çərçivədə bir sıra tarixi bina və abidələr artıq bərpa edilmiş, digər tikililərin isə mərhələli şəkildə yenidən həyata qaytarılması nəzərdə tutulmuşdur.
Bu layihələrdən biri də Şuşa şəhərində yerləşən “Keçmiş Xəstəxana Kompleksi” binasının bərpası və Ənənəvi İncəsənət Mərkəzi funksiyasına uyğunlaşdırılmasıdır. Uzun illər ərzində ciddi dağıntı və zədələnmələrə məruz qalan, bəzi hissələri uçmuş və ümumi konstruktiv vəziyyəti təhlükəli hesab edilən binada təxirəsalınmaz bərpa və möhkəmləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur.
Layihənin əsas məqsədi tarixi memarlıq irsinin qorunması ilə yanaşı, Şuşanın zəngin mədəni və incəsənət ənənələrini yaşadan yeni ictimai-mədəni məkanın formalaşdırılmasıdır.