Şeyx Məhəmməd Məscidi
Şeyx Məhəmməd Məscidi
Arxeoloji Muzey təyinatı verilərək yenidənqurulması və tarixi-mədəni dəyərinin qorunaraq XVII əsrin memarlıq irsinin yenidən həyata qaytarılması
İsmayıllı rayonunun qədim Basqal qəsəbəsinin “Kələküçə” məhəlləsində yerləşən Şeyx Məhəmməd məscidi XVII əsrə aid dövlət əhəmiyyətli tarixi-memarlıq abidələrindən biridir. Əsrlərin yaddaşını özündə yaşadan bu nadir tikili ibadət zalı və ona bitişik iki otaqdan ibarət olmaqla, planda “Г” formasında həll edilmişdir.
Məscidin inşasında yeraltı hissələrdə torpaq-qum, yerüstü hissələrdə isə əhəng-qum məhlullarından istifadə olunmuş, müxtəlif dövrlərdə aparılan bərpa işlərində ənənəvi daş və kərpic hörgü xüsusiyyətləri qorunub saxlanılmışdır. Tarixi memarlıq elementləri ilə seçilən bu abidə Basqalın zəngin mədəni irsinin ayrılmaz hissəsidir.
2022-ci ildən etibarən BİMD şirkəti tərəfindən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yenidənqurma, bərpa və tikinti işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır. Layihə çərçivəsində Azərbaycanın mədəni irs abidələri siyahısında yer alan Şeyx Məhəmməd məscidinin bərpası, arxeoloji muzey təyinatı verilərək yenidənqurulması və tarixi-mədəni dəyərinin qorunaraq yenidən həyata qaytarılması nəzərdə tutulur.