FIZULİ LAHİYƏSİ
Layihələndirmədə lazer texnologiyaları
Lazer vasitəsilə skan etmə - qəliz, irimiqyaslı və çətin əlçatan obyektlərin tədqiqi zamanı vaxt və maddi resurslara qənaət etmək üçün şərait yaradır. Bu texnologiya, qısa müddət ərzində maksimum məlumat əldə etməyə və obyektin detallı üçölçülü modelini yaratmağa imkan verir. Əldə olunmuş məlumat elektron formatda saxlanır və tikintinin layihələndirilməsi, yenidənqurulması, təmiri üçün nəzərdə tutulmuş xüsusiləşdirilmiş kompüter proqramlarında istifadə olunur.
Ənənəvi ölçmə üsulları ilə müqayisədə lazer texnologiyasının üstünlükləri aşağıdakılardır: Yüksək dəqiqlik. Cihazların minimum xətası. Məlumatın tamlığı. Obyektlərin həndəsi parametrlərini göstərmək üçün hərtərəfli məlumatlar, səthlərin forması və təbiətinin ətraflı təsviri. Ani vizuallaşdırma. Materialın əlavə emalı və mütəxəssislərin cəlb edilməsi tələb olunmur. İşlərintəhlükəsizliyi. Avadanlığın texniki imkanları təhlükəli və ya çətin əlçayan obyektləri təhlükəsiz məsafədən çəkməyə imkan verir. Avtomatlaşdırma. Tədqiqatın nəticələrinə faktiki olaraq bütün xarici təsirlər, o cümlədən insan amili istisna olunur.